“Real” “Çelsi”yə 112 milyon avro təklif edib

“Futbolhd.ru” saytının məlumatına görə, Madridin “Real” klubu belçikalı qapıçı Tibo Kurtua və braziliyalı yarımmüdafiəçi Vilyama görə Londonun “Çelsi” klubuna 112 milyon avro təklif edib. Bildirilir ki, Kurtua “Real”a keçməyə razıdır.  Əgər “Çelsi” klubu avqustun 9-na kimi Tibo Kurtua üçün əvəzləyici tapsa, qapıçı “Real” klubuna transfer oluna bilər.

Xatırladaq ki, T.Kurtua 2014-cü ildən “Çelsi” klubunun şərəfini qoruyur. O, London klubunun heyətində 126 oyuna çıxıb, 71 oyunda qapısını toxunulmaz saxlayıb. Vilyam isə 2013-cü ildən “Çelsi” klubunun formasını geyinir. Keçən mövsüm İngiltərə Premyer Liqasında 55 oyunda əsas  heyətdə meydana çıxan braziliyalı yarımmüdafiəçi 13 dəfə fərqlənib və 8 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Rusiyada keçirilən dünya çempionatında Tibo mundialın ən yaxşı qapıçısı “Qızıl əlcək” mükafatı alıb. Vilyamın komandası Braziliya millisi isə dörddəbir final mərhələsində Belçikaya məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında