AZAL-ın ikiqat sevinci

Unibank Premyer Liqasında final mərhələsinin dördüncü turu AZAL və onun pərəstişkarlarına ikiqat sevinc gətirmişdir. Əvvəla, "təyyarəçilər" özlərinin Şüvəlandakı yeni stadionunda keçirdikləri ilk oyunda qələbə qazanmışlar. İkincisi isə, Nazim Süleymanovun yetirmələrinin "Bakı" ilə görüşdə müvəffəqiyyəti (1:0) ən güclü altı klub sırasında mübarizə aparan komandaların rəqabətində hesabat turunda yeganə qələbə olmuşdur. Bu isə AZAL-a turnir cədvəlinin ikinci-üçüncü pillələrində olan rəqiblərlə öz arasındakı fərqi bir qədər azaltmaq imkanı vermişdir.
"Neftçi" də ötən turun yekunlarından müəyyən dərəcədə razı qala bilər. Vahid lider "İnter" ilə görüşdən heç-heçə ilə ayrılsa da (1:1) ən yaxın izləyiciləri ilə xal fərqini qoruyub saxlaya bilmişdir. Belə ki, "Qarabağ" - "Xəzər-Lənkəran" qarşılaşmasında da "dinc" nəticə (0:0) qeydə alınmış və bu komandalar da hərəyə yalnız bir xalla kifayətlənməli olmuşlar.
Nəticədə 56 xala malik "Neftçi" ilə ikinci pillədə irəliləyən Lənkəran klubu (50) arasında yenə də 6 xala bərabər bir məsafə vardır. Üçüncü yeri tutan "Qarabağ" 49 xal toplamışdır. AZAL-ın 45, "İnter"in 42, "Bakı"nın 35 xalı vardır.
Yeddi-on ikinci yerlər uğrunda mübarizə aparan komandaların turnirində isə ötən turda meydança sahibləri üç oyunda yalnız bir xal qazana bilmişlər. Bu yaxınlardan etibarən Mehman Allahverdiyevin başçılıq etdiyi "Gəncə" "Muğan"la heç-heçə oynamışdır - 1:1. Digər iki görüşdə "Simurq" MOİK-ə uduzmuş - 1:2, "Turan" isə "Qəbələ"yə məğlub olmuşdur - 0:2.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında