Azərbaycan beşliyi: startda beş qələbə

Ötən bazar günü Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) başlanmış beynəlxalq turnirin mükafatları uğrunda mübarizə aparan Azərbaycanın beş şahmatçısının hamısı elə birinci turda qələbələrinin hesabını açmışdır. Qədir Hüseynov, Nicat Məmmədov, Loğman və Sərxan Quliyevlər, Orxan Abdulov dəqiq gedişlərlə rəqiblərini məğlubiyyətlə barışmağa məcbur etmişlər.
Sayca 13-cü dəfə keçirilən bu yarışda təmsilçilərimizlə yanaşı Hindistan, Rusiya, Ukrayna, Özbəkistan, Almaniya, İngiltərə və bir çox başqa ölkənin 170-ə qədər şahmatçısı çıxış edir. Onların 52-si qrossmeysterdir. Reytinqə görə turnir iştirakçılarının siyahısına hindistanlı Krişnan Saşikiran başçılıq edir.
Mükafat fondu 45 min dollar olan Dubay turniri doqquz turdan ibarətdir. İkinci turun görüşləri dünən axşam keçirilmişdir. Yarışa aprelin 18-də yekun vurulacaqdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında