Şəhriyar Məmmədyarov fasiləni zirvədə qarşıladı

Qrossmeyster Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən beynəlxalq turnirin ikinci dövrəsinə də qələbə ilə başlamışdır. Şahmatçımız altıncı turda qara fiqurlarla 39-cu gedişdə isveçrəli Niko Georgiadisə qalib gələrək bu yarışda təşkilatçıların nəzərdə tutduqları yeganə istirahət gününü turnir cədvəlinin zirvəsində qarşılamışdır.
 
Hesabat turunun digər iki görüşündə Maksim Vaşye-Laqrav (Fransa) Pyotr Svidler (Rusiya) üzərində qələbə qazanmış, çexiyalı David Navara ilə norveçli dünya çempionu Maqnus Karlsen isə heç-heçəyə razılaşmışlar.
Altı turdan sonra turnir cədvəlinə tək-tənha başçılıq etməklə pərəstişkarlarına xoş anlar yaşadan Məmmədyarovun 4,5 xalı var və o, ikinci pillədə olan Karlsendən yarım xal irəlidədir. Svidler, Navara və Vaşye-Laqrav 3 xal toplamışlar, Georgiadis isə cəmi yarım xal qazana bilmişdir.
Dünən turnirdə istirahət günü idi. Bu gün keçiriləcək yeddinci turda Məmmədyarov ağlarla Navaranı sınağa çəkəcək, həmçinin Karlsen – Vaşye-Laqrav və Georgiadis – 
Svidler görüşləri oynanılacaq.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında