Artur Torres FIFA-ya şikayət məktubu ünvanlayıb

Portuqaliyanın “Sportinq” klubu İspaniyanın “Atletiko” komandasından Jelson Martinş üçün 100 milyon avro tələb edir. Bildirilir ki, “Sportinq” klubunun yarımmüdafiəçisi Jelson Martinş Lissabon klubu ilə müqaviləyə birtərəfli xitam verib. Buna səbəb isə “Sportinq” klubunun oyunçuları komandanın bazasında məşq edən zaman bir qrup azarkeş tərəfindən döyülmələri olub.

Martinş Madrid klubu ilə azad agent kimi müqavilə imzalayıb. Bu hərəkət “Sportinq” klubunun rəhbərliyinin xoşuna gəlməyib. “Sportinq” klubunun prezidenti Artur Torres oyunçunun bu addımını qanunsuz hesab etdiyi üçün FIFA-ya şikayət məktubu ünvanlayıb.

“Atletiko” klubunun davranışı qəbuledilməzdir. Biz futbolçunun qanunsuz yolla klubdan ayrıldığına və Madrid klubu ilə müqavilə imzaladığına görə, 100 milyon avro təzminat ödəməsini tələb edirik. Biz futbolçunun və İspaniya klubunun cəzalanmasını istəyirik”, – deyə Artur Torres bildirib.

Xatırladaq ki, Çempionlar Liqasına vəsiqə qazanmaq imkanını əldən verən “Sportinq” ikinci yer uğrunda mübarizə aparan “Maritimo”ya uduzaraq (1:2) UEFA Avropa Liqasına düşmüşdü. Bundan qəzəblənən bir qrup azarkeş klubun məşq bazasına hücum edərək bir neçə futbolçu, o cümlədən baş məşqçi Jorje Jezuşa xəsarət yetirmişdi. Azarkeşlərin hücumundan ən çox komandanın lideri Bas Dost xəsarət almışdı.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında