Zirvədən zirvəyə

Azərbaycan milli komandasının üzvü Qədir Hüseynov İspaniyada beynəlxalq şahmat turnirlərində zəfər yürüşünü inamla davam etdirir.
 
İyulun birinci yarısında Barbere-del-Valyes beynəlxalq turnirinin baş mükafatını qazanmış Hüseynov həmin yarışdan dərhal sonra Barselonaya yola düşmüş və orada da XX San-Marti turnirinin qalibi olmuşdur.
Qrossmeysterimiz 9 mümkün ­xaldan 7,5 xal toplayaraq (6 qələbə,
3 heç-heçə) ikinci-üçüncü yerləri tutmuş perulu Xose Martines və Kuba təmsilçisi Luis Agueronu yarım xal qabaqlamışdır.
Ardıcıl iki turnirdə zirvəni fəth edən Hüseynov indi isə İspaniyanın başqa bir şəhəri –Sitjesdə 104 rəqibin iştirakı ilə keçirilən turnirdə mübarizəyə başlamış və ilk üç turda üç qələbə qazanmışdır. Belə uğurlu start Qədiri turnir cədvəlində 3 xalla vahid lider mövqeyinə yüksəltmişdir. Doqquz turdan ibarət turnirdə dünən dördüncü turun görüşləri keçirilmişdir.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında