“Qarabağ” “Kukesi”ni keçsə...

Əgər Ağdamın Qarabağ komandası UEFA Çempionlar Liqası turnirinin ikinci təsnifat mərhələsində iki oyunun yekununda Albaniyanın “Kukesi” klubundan üstün olarsa, üçüncü mərhələdə ya Belarus Respublikasının Borisov şəhərinin BATE komandası ilə oynayacaq, ya da Finlandiya təmsilçisi HİK klubu ilə.
 
Bu, İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatma mərasimində məlum olmuşdur. İkinci mərhələdə “Qarabağ”–“Kukesi” görüşlərinin qalibi həmin mərhələnin BATE–HİK matçlarında qələbə qazanacaq komanda ilə qarşılaşacaq.
İkinci mərhələnin birinci raundunda “Kukesi”–“Qarabağ” görüşü bu gün Şkodere şəhərinin “Loro Boriçi” stadionunda, cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında