28-ci gedişdə Məmmədyarovun xeyrinə

Beynəlxalq  Şahmat Federasiyasının (FİDE) reytinq cədvəlində norveçli dünya çempionu Maqnus Karlsendən və noyabrda dünya tacı uğrunda matçda onun rəqibi olacaq Fabiano Karuanadan (ABŞ) sonra üçüncü mövqedə olan Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən beynəlxalq turnirə qələbə ilə başlamışdır.
 
Azərbaycanlı qrossmesyter start turunda ağ fiqurlarla Niko Georgiadisi (İsveçrə) sınağa çəkmiş və artıq 28-ci gedişdə rəqibini məğlubiyyətlə barışmağa məcbur etmişdir.
Turun digər iki görüşündə Karlsen çexiyalı David Navaraya qalib gəlmiş, fransız Maksim Vaşye-Laqrav isə Pyotr Svidlerlə (Rusiya) heç-heçəyə razılaşmışdır.
Artıq xəbər verdiyimiz kimi, altı qrossmeysterin iştirak etdiyi ənənəvi Bil turniri iki dövrədən ibarətdir və avqustun 1-də başa çatacaq. Dünən axşam keçirilən ikinci turda Məmmədyarov qaralarla Navaraya qarşı oynamışdır.
Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında