“Keşlə” və “Qəbələ” mübarizəni dayandırdı

Azərbaycan klublarının UEFA Avropa Liqası turnirinin elə birinci təsnifat mərhələsindən sonra mübarizə meydanını tərk etmələrini başqa cür adlandırmaq olmaz. Hərçənd mərhələnin birinci raundundan sonra “Neftçi” cavab görüşü ərəfəsində ümumi müvəffəqiyyət üçün özünə yaxşı zəmin yaratmışdı.
 
Amma ümidlərimiz doğrulmadı. Bir həftə əvvəl doğma azarkeşlər qarşısında Macarıstanın “Uypeşt” klubuna iki top üstünlüklə qalib gələn (3:1) bakılılar Budapeştdə ağır məğlubiyyətlə barışmalı oldular (0:4).
“Keşlə” və “Qəbələ”nin cavab görüşlərində qələbələri isə bizim üçün zəif təsəllidir. “Keşlə” Maltaya çox uğursuz səfərdən (1:4) sonra “Dalğa Arena”da “Baltsan”a yalnız 2:1 hesabı ilə qalib gələ bildi, evdə Lüksemburqun “Proqres” klubuna 0:2 hesabı ilə məğlub olan “Qəbələ”nin isə səfərdə bu qollardan təkcə birinin əvəzini çıxmağa gücü çatdı (1:0).
Bu isə o deməkdir ki, 2018/2019-cu illər mövsümündə Avroliqa turniri klublarımız üçün artıq bitmişdir və indi avrokuboklar meydanında yalnız bir komandamız qalır–Çempionlar Liqasında “Kukesi” (Albaniya) ilə ikinci təsnifat mərhələsinin oyunlarına 
hazırlaşan “Qarabağ”.
Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında