Azərbaycan bədii gimnastları Fransada

Bədii gimnastika ustalarımız Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva bu günlər Fransanın qonağıdırlar. Təmsilçilərimiz Tye şəhərində keçirilən "Qran-Pri" yarışlarının üçüncü mərhələsində çıxış edirlər.
Dünən turnir iştirakçıları çoxnövçülükdə qüvvələrini sınamışlar, bu gün isə ayrı-ayrı təmrinlər üzrə (halqa, top, lent, gürzlər) final yarışları keçiriləcəkdir.
Xatırladaq ki, bədii gimnastlarımızı bu il daha bir neçə mötəbər yarış, o cümlədən mayda Minskdə Avropa çempionatı və sentyabrda Fransanın Monpelye şəhərində dünya çempionatı gözləyir. Dünya çempionatı xüsusilə mühüm əhəmiyyət kəsb edəcək. Onun iştirakçıları təkcə medallar uğrunda yox, həm də London Olimpiadası - 2012-yə lisenziya uğrunda mübarizə aparacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında