Cavab görüşlərinin hakimləri

UEFA Avropa Liqası turnirinin birinci təsnifat mərhələsinin ikinci raundunda Azərbaycan klublarının oyunlarını idarə edəcək hakimlər artıq məlumdur.

İyulun 19-da Macarıstanda keçiriləcək “Uypeşt”–“Neftçi” görüşü Anastasios Papapetrunun başçılığı ilə yunanıstanlı hakimlər briqadasına həvalə olunmuş, Lüksemburqda “Proqres”–“Qəbələ” matçını Şimali İrlandiya Futbol Federasiyasının nümayəndələri idarə edəcək (baş hakim rolunda Keyt Kennedi çıxış edəcək), Maltada “Baltsan”–“Keşlə” görüşündə isə ədaləti Mixail Vilkov və onun rusiyalı həmvətənləri qoruyacaqlar.

Xatırladaq ki, mərhələnin ilk oyunlarında “Neftçi” qələbə qazanmış (3:1), “Qəbələ” və “Keşlə” isə müvafiq surətdə 0:2 və 1:4 hesabı ilə uduzmuşlar.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında