Kimin arzusu həyata keçəcək?

Qadın voleybol klublarımızın avrokuboklarda əla çıxışlarından sonra idman həvəskarlarını indi bir sual maraqlandırır: bəs milli çempionatımızın qalibi kim olacaq?
Artıq bildiyiniz kimi, Azərbaycan Superliqasının final mərhələsində mübarizə aparmaq hüququnu "Rabitə", "İqitisadçı", "Azərreyl" və "Lokomotiv" komandaları qazanmışlar. Bu ən yaxşı dörd klubumuz həlledici mərhələdə bir dövrədən ibarət üç turnirdə yarışacaqdır.
Birinci turnir aprelin 18-20-də Mingəçevirdəki "Kür" bazasında keçiriləcəkdir. Bundan bir həftə sonra rəqiblər Masallıda təşkil olunacaq ikinci turnirdə mübarizəni davam etdirəcəklər. Nəhayət, üçüncü turnirin görüşləri mayın ilk üç günündə Bakıda oynanılacaq. Ölkə çempionu da məhz bu görüşlərdən sonra məlum olacaq.
Final mərhələsinin necə nəticələnəcəyindən, qızıl medalları kimin qazanacağından asılı olmayaraq, qarşıda bizi gərgin mübarizə vəd edən çox maraqlı oyunlar gözləyir. Çempionlar Liqasının gümüş mükafatçısı "Rabitə", "Çelenc kuboku"nun qalibi "Azərreyl" və həmin turnirin finalçısı "Lokomotiv", eləcə də "İqtisadçı" bir-birinə layiqli rəqiblərdir və onların hamısı, şübhəsiz, çempion olmaq arzusu ilə yaşayır. Maraqlıdır, kimin arzusu həyata keçəcək?
"Şaxtyor" "Barselona" ilə bacarmadı
UEFA Çempionlar Liqası yarışlarının dörddəbir final mərhələsinin birinci raundunda müvafiq surətdə İngiltərənin "Tottenhem" və İtaliyanın "İnter" klubları üzərində böyük hesablı qələbələr sayəsində yarımfinala vəsiqəni, demək olar, özlərinə təmin etmiş İspaniyanın "Real" və Almaniyanın "Şalke 04" komandalarından sonra "Barselona" (İspaniya) və "Mançester Yunayted" (İngiltərə) də Avropa klublarının ən nüfuzlu turnirində finalın astanasına aparan yolda inamlı addımlar atmışlar.
"Barselona" - "Şaxtyor" - 5:1. Dörddəbir finala çıxmaqla böyük iş görmüş Ukrayna futbolçularının Barselonanın "Nou Kamp" stadionunda belə ağır məğlubiyyətə uğrayacaqlarını gözləmək çətin idi. Ancaq "Barselona" qonaqların qapısı ağzında yaratdığı təhlükəli vəziyyətlərdən son dərəcə dəqiq istifadə etməklə rəqibinin bütün ümidlərini heçə çıxarmış və Donetskdə keçirəcəyi cavab görüşü ərəfəsində dörddəbir finala çıxmaq üçün özünə yaxşı zəmin yaratmışdır.
"Çelsi" - "Mançester Yunayted" - 0:1. İngiltərə klub futbolunun bu iki nəhənginin görüşündə isə hər şeyi mançesterlilərin səfərdə londonluların qapısına vurduqları yeganə top həll etmişdir. Bu cütdə cavab matçı xüsusilə prinsipial əhəmiyyət daşıyacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında