“İmkanlar 50-50-yədir”

Bu gün saat 22-də Moskvanın “Lujniki” stadionunda başlanacaq Xorvatiya–İngiltərə yarımfinal görüşündə futbol üzrə 21-ci dünya çempionatının ikinci finalçısı da məlum olacaq. Bu oyun ərəfəsində Xorvatiya komandasının hücumçusu Mario Mancukiç  jurnalistlərə bildirmişdir ki, rəqiblərin qələbə imkanları eynidir.
 
O, fikrini belə ifadə etmişdir: – Dünya çempionatının yarımfinalını Çempionlar Liqasının finalı ilə müqayisə edə bilmərəm. Yığma və klub tamamilə başqa anlayışlardır. Biz bütün ölkə qarşısında məsuliyyət hiss edirik, Xorvatiya naminə oynayırıq. Ola bilsin, İngiltərə ilə müqayisədə bizim təcrübəli oyunçularımız daha çoxdur. Amma imkanlar 50-50-yədir. Biz heç kimdən qorxmuruq, rəqiblərimizə hörmətlə yanaşırıq və öz oyunumuzu göstərməyə çalışacağıq...
Əlavə edək ki, Xorvatiya–İngiltərə görüşündə ədaləti türkiyəli hakimlər briqadası qoruyacaq. Baş hakim rolunda Cüneyt Çakır çıxış edəcək.
* * *
Dünən ilk yarımfinal görüşündə Fransa millisi Belçika komandasına 1:0 hesabı ilə qalib gələrək finala çıxmışdır.  
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında