Azərbaycan karateçilərinin uğurları

Milli Karate Federasiyası saytının yaydığı xəbərə görə, Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində Karate 1 Gənclər Liqasının ikinci mərhələsində üç medala sahib olmuşlar.

On dörd yaşadək idmançılar arasında Fərid Savadov (-40 kq) bürünc, 14-15 yaşlı yeniyetmələrin yarışında Fərid Ağayev (-70 kq) gümüş və Fidan Dadaşova (-47 kq) bürünc medal qazanmışlar.

Dünya Karate Federasiyasının (WKF) bu mötəbər liqa yarışından bir gün əvvəl isə 12-21 yaşlılar arasında WKF Kuboku turnirində milli komandamızın üzvləri 2 qızıl və 1 bürünc medal qazanmışlar. Roman Heydərov (kata) və Murad Hacızadə (+84 kq) çempion olmuş, Hüseyn Alıyev (-67 kq) üçüncü yeri tutmuşdur.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında