Ağırlıqqaldıranlar Kazana, cüdoçular İstanbula

Aprel ayı Azərbaycanın ağırlıqqaldırma və cüdo üzrə yığma komandalarının üzvləri üçün ciddi sınaqlar ayı olacaq. Bu ay hər iki növün nümayəndələri Avropa çempionatının medalları uğrunda mübarizə aparacaqlar.
Artıq dörd gündən sonra, aprelin 11-də Rusiyanın Kazan şəhərində kişi və qadın ağırlıqqaldıranların yarışlarına start veriləcəkdir. Ölkəmiz hər iki turnirdə dörd nəfərlə təmsil olunacaq.
Cüdoçular isə İstanbulda görüşəcəklər. Qitənin ən yaxşı tatami ustaları üç gün davam edəcək Avropa çempionatında (21-23 aprel) medallara layiq olduqlarını sübuta yetirmək üçün əsl ustalıq nümayiş etdirməlidirlər. Qardaş ölkədə Azərbaycanın idman şərəfini İlqar Muşkiyev (60 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq), Ramilə Usubova (63 kq) və başqaları qoruyacaqlar.
Yeri gəlmişkən, cüdo üzrə daha bir mötəbər turnir mayın birinci ongünlüyündə Bakıda təşkil ediləcək. "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək "Qran-Pri" yarışlarında Avstriya, İspaniya, Əlcəzair, Fransa, Almaniya, Hollandiya və bir sıra başqa ölkələrin idmançılarının Azərbaycan cüdoçularının qonağı olacağı gözlənilir.
"Real" və "Şalke" yarımfinalda?
UEFA Çempionlar Liqası turnirinin dörddəbir final mərhələsi yenicə starta çıxsa da artıq iki yarımfinalçı, deyəsən, məlumdur. Hər halda, dörddəbir finalın ilk iki oyununun nəticələri belə bir qənaətə gəlməyə ciddi əsas verir.
İspaniyanın "Real" klubu Madriddə İngiltərənin "Tottenhem" komandasını nokauta salmışdır. "Santyaqo Bernabey" stadionunda görüşün gedişini izləyən 80 min tamaşaçı ingilislərin qapısına vurulan dörd cavabsız qoldan böyük zövq almışdır - 4:0.
"Şalke" isə səfərdə qəhrəmanlıq göstərmişdir. Almanlar Liqanın sonuncu qalibi "İnter"in meydançasında oynamalarına baxmayaraq, Milandan evə pərəstişkarlarına hədsiz sevinc gətirən unudulmaz nəticə ilə qayıtmışlar - 5:2. Qarşıda hələ cavab görüşləri dursa da "Real" ilə "Şalke"nin iki oyunun yekununda belə böyük üstünlüyü əldən verəcəyi inandırıcı görünmür.
Dörddəbir finalın digər iki görüşü ("Mançester Yunayted" - "Çelsi" və "Barselona" - "Şaxtyor") dünən keçirilmiş və bizim vaxtla gecəyarısı başa çatmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında