Azərbaycan güləşçilərinin böyük müvəffəqiyyəti

Almaniyanın Dortmund şəhərində yenicə başa çatmış Avropa çempionatında iki qızıl, üç bürünc medal qazanan Azərbaycanın sərbəst güləş ustalarından və üç qızıl, bir bürünc mükafatın sevincini yaşayan qadın güləşçilərimizdən sonra "klassiklər" də layiqincə çıxış edərək bir qızıl və dörd bürünc medala sahib oldular. Bununla da təmsilçilərimiz güləşin üç növündə üst-üstə 14 mükafat - 6 qızıl və 8 bürünc medal qazanaraq ümumkomanda hesabında 135 xalla birinci yeri tutmuşlar. Bu göstərici üzrə ikinci olan Rusiya yığması (6+2+5) onlardan bir xal geri qalmışdır.
Biz "sərbəstlərin" və qadın güləşçilərin yarışlarının yekunları haqqında məlumat vermişik. Yunan-Roma üsulu ilə güləşənlərin çempionatında isə komandamızda ən böyük müvəffəqiyyəti 74 kq çəki dərəcəsində çıxış edən Rafiq Hüseynov qazanmışdır. Həmyerlimiz bütün rəqiblərinə qalib gəlmiş və onun qələbəsi şərəfinə Dortmundun idman sarayında Azərbaycanın dövlət himni səsləndirilmişdir. Eldəniz Əzizli (55 kq), Həsən Əliyev (60 kq), Vitali Rəhimov (66 kq) və Şalva Qadabadze (96 kq) isə Almaniyadan Azərbaycana hərəyə bir bürünc mükafatla qayıtmışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında