Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib

İyunun 21-də Heydər Əliyev Mərkəzinin parkında yoqa məşğələsi keçirilib. 
 
Hindistanın Azərbaycandakı səfirliyi, BMT-nin Əhali Fondu (UNFPA) ilə birgə təşkil olunan tədbir Beynəlxalq Yoqa Gününə həsr olunub.
Məşğələdən əvvəl çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana bildirib ki, dünyanın 200-dən çox ölkəsində minlərlə insan iyunun 21-ni Beynəlxalq Yoqa Günü kimi qeyd edir, yoqa ilə məşğul olur. Bu, yoqanın bizim rifahımız, fiziki və əqli sağlamlığımız üçün faydalı olduğunu göstərir. Səfir tədbirin təşkilindəki dəstəyə görə BMT-nin Bakı ofisinə, Heydər Əliyev Mərkəzinə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib. 
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai qeyd edib ki, yoqa insan sağlamlığı üçün çox faydalı olduğundan BMT Baş Assambleyası 21 iyunu Beynəlxalq Yoqa Günü elan edib. 
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov da iştirakçıları salamlayaraq onları idmanla fəal məşğul olmağa çağırıb. 
Məşğələdə “Art of Living” yoqa məktəbinin müəllimi Kənan Məmmədov və “Yoga Academy”nin müəllimi Gültəkin Əzimova təlim keçiblər. 
Tədbirdə Bakıdakı müxtəlif yoqa məktəbinin nümayəndələri, yoqa həvəskarları, daun sindromlu uşaqlar iştirak ediblər. 
Xatırladaq ki, Beynəlxalq Yoqa Günü 2015-ci ildən qeyd olunur.
AZƏRTAC
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında