Mundial Yekaterinburq, Sankt-Peterburq və Soçidə

Bu gün, iyunun 15-də futbol üzrə dünya çempionatında üç oyun keçiriləcəkdir.  Yekaterinburqda “A” qrupunda çıxış edən Misir və Uruqvay komandaları görüşəcəklər. Bakı vaxtı ilə saat 16-da başlanacaq oyunu hollandiyalı hakim Byorn Keypers idarə edəcək.
 
İki görüşdə isə “B” qrupunda yarışan rəqiblər üz-üzə gələcəklər. Saat 19-da Sankt-Peterburqda İran–Mərakeş matçına start veriləcəkdir. FİFA bu oyunun hakimliyini türkiyəli Cüneyt Çakıra həvalə etmişdir.
Soçidə keçiriləcək Portuqaliya–İspaniya görüşü xüsusi maraqla gözlənilir. Hər iki komanda çempionata yüksək iddialarla gəldiyini elə ilk oyunda sübuta yetirmək əzmindədir. Bu görüşdə topa ilk zərbə saat 22-də endirilcək. Oyunda ədaləti İtaliya Futbol Federasiyasının nümayəndəsi Canluka Rokki qoruyacaq.
Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında