İki heç-heçə və Karuana üzərində qələbə

Belçikanın  Leven  şəhərində  keçirilən “Grand Chess Tour” seriyasının  rapid turnirinin  ikinci  günü daha üç  turun  görüşləri  oynanılmışdır. Şəhriyar Məmmədyarov bu  turlarda 4  xal  toplamışdır (xatırladaq ki,  turnirdə qələbəyə  görə 2,  heç-heçəyə isə 1 xal  verilir).

Azərbaycanlı  qrossmeyster 4 –6-cı turlarla Levon Aronyan (Ermənistan) və Sergey  Karyakinlə (Rusiya)  heç-heçə  oynamış,  Fabiano Karuanaya (ABŞ) qalib  gəlmişdir.

Altı turdan sonra  lider Uesli Sonun (ABŞ) 10 xalı  var. Məmmədyarov 7  xal  toplamış  və  onunla  eyni  nəticə  göstərən  Karyakin və  Maksim Vaşye – Laqravla (Fransa) üçüncü-beşinci  yerləri  bölüşdürür.

Bu  gün keçiriləcək  son üç turda  şahmatçımız Vaşye–Laqrav,  rusiyalı Aleksandr  Qrişuk və Hikaru  Nakamura (ABŞ) ilə  görüşəcək.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında