Çempionata Meksika-ABŞ-Kanada üçlüyü ev sahibliyi edəcək

FİFA-nın Moskvada keçirilən iclasında 2026-cı il futbol üzrə dünya çempionatının keçiriləcəyi ölkələrin adları bəlli olub. 
“Goal.com”un yaydığı məlumatda bildirilir ki, elektron formada həyata  keçirilən səsvermədən sonra çempionata Meksika-ABŞ-Kanada üçlüyünün ev sahibliyi edəcəyi bəlli olub. Bu ölkələrə qarşı yeganə rəqib isə Mərakeş olub. 
Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 ölkə mübarizə aparacaq. Komandalar 16 qrupda bölünəcək. Hər qrupdan 2 komanda 1/16 finala yüksələcək. Komandaların sayının artırılmasından sonra ölkələrin birgə dünya çempionatını təşkil etməsinə icazə verilib.
Xatırladaq ki, sonuncu dəfə 2002-ci ildə Yaponiya və Cənubi Koreya dünya çempionatına ev sahibliyi edib.
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında