Top meydanın mərkəzində, dünyanın gözü Rusiyada

Bu gün Moskvanın “Lujniki” stadionunda Rusiya – Səudiyyə Ərəbistanı görüşü ilə futbol üzrə 21-ci dünya çempionatına start veriləcək. Bakı vaxtı ilə saat 19-da başlanacaq oyunu Nestor Pitananın başçılığı ilə argentinalı hakimlər briqadası idarə edəcək.
 
Beləliklə, top meydanın mərkəzində, dünyanın gözü isə Rusiyadadır. Öz tarixində ilk dəfə mundialın iştirakçılarını qəbul etmək hüququ qazanmış əfsanəvi qapıçı Lev Yaşinin vətənində dünya çempionatının oyunları 11 şəhərin 12 stadionunda keçiriləcək və iyulun 15-də yenə həmin “Lujniki”də final görüşü ilə başa çatacaq.
Dünyada ən böyük futbol bayramının iştirakçısı olmaq, onun sevincini yaşamaq arzusu ilə Rusiyaya gəlmiş 32 ölkənin komandaları püşk nəticəsində səkkiz qrupa bölünmüşlər və ilkin mərhələdən sonra onların yarısı, yəni qruplarda ilk iki yeri tutan komandalar mübarizəni davam etdirəcək, yarısı isə tamaşaçıya çevriləcəkdir.
Mundialın açılış mərasimini izləməyə 
hazırlaşdığımız vaxtda qrupların tərkibini bir daha gözdən keçirək.
“A” qrupu. Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay.
“B” qrupu. Portuqaliya, İspaniya, Mərakeş, İran.
“C” qrupu. Fransa, Avstraliya, Peru, 
Danimarka.
“D” qrupu. Argentina, İslandiya, Xorvatiya, Nigeriya.
“E” qrupu. Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya.
“F” qrupu. Almaniya, Meksika, İsveç, 
Koreya Respublikası.
“G” qrupu. Belçika, Panama, Tunis, İngiltərə.
“H” qrupu. Polşa, Seneqal, Kolumbiya, Yaponiya.
Beşqat dünya çempionu, indiyə qədər keçirilmiş bütün iyirmi mundialın yeganə iştirakçısı Braziliya, sonuncu çempion  Almaniya, habelə İspaniya, Argentina, Fransa, İngiltərə, Portuqaliya, şübhəsiz, Rusiyaya böyük arzular və yüksək iddialarla gəlmişlər. Elə digər iştirakçılar da futbol aləmini təəccübləndirməyə çalışacaqlar.
Bir sözlə, ən böyük futbol düz bir ay ərzində dünyanın hər yerində qəlblərə hakim kəsiləcək.
Moskvada bugünkü oyundan sonra mundialın sabah Yekaterinburqda Misir – Uruqvay, Sankt-Peterburqda Mərakeş – İran və Soçidə 
Portuqaliya – İspaniya görüşləri ilə davam etdiriləcəyini də xatırladaq.
Oqtay BAYRAMOV, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında