Finalda “Gənclik” qalib gəldi

“Neftçi” klubunun və “ASAN Könüllüləri” Təşkilatının əməkdaşlığı  çərçivəsində ASAN könüllüləri  arasında Azərbaycan Xalq Cümhuriyyətinin  100  illiyinə  həsr  olunmuş mini-futbol  turnurinə  yekun vurulub.

“Neftçi”nin İsmət  Qayıbov adına  təlim-məşq  bazasında   keçirilən  final  görüşündə “Gənclik” və “De Fakto”  komandaları  qarşılaşıblar. Rəqib  qapısından yeddi  cavabsız  top  keçirən “Gənclik”  yarışın  qalibi  olub.

İdman.com.az  saytının bu  barədə  yaydığı  xəbərdə  həmçinin  bildirilir  ki,  yarışdan sonra  təşkil olunan mükafatlandırma  mərasimində “Gənclik” komandasına  kubok  və  qızıl  medallar, “De Fakto”ya  isə  gümüş  medallar  təqdim olunub.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında