Mariya Stadnik üçqat Avropa çempionudur

Almaniyanın Dortmund şəhərində keçirilən qadın güləşçilər arasında Avropa çempionatında 48 kq çəki dərəcəsində Azərbaycan idmançısı Mariya Stadnikin tayı-bərabəri olmamışdır.
Yığmamızın lideri ilkin mərhələlərdə ispaniyalı və britaniyalı rəqiblərini, yarımfinalda Polşa təmsilçisini, finalda isə ukraynalı Kristina Daranutsanı məğlubiyyətə uğradaraq qızıl medal qazanmış və üçüncü dəfə Avropa çempionu olmuşdur.
Mariyanın indiki mükafatı Dortmundda ölkəmizin güləş ustalarına təqdim olunan sayca üçüncü qızıl medaldır. Xatırladaq ki, Avropa çempionatında çıxışlarını birinci başa çatdıran sərbəst üsulla güləşənlərimizdən Xetaq Qazyumov (96 kq) və Cəbrayıl Həsənov da (66 kq) fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmişlər. Onların komanda yoldaşları Mahmud Məhəmmədov (55 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Maqomedov (120 kq) isə bürünc mükafatçı olmuşlar.
Dünən qadın güləşçilərin turniri davam etdirilmişdir. Stadnikin komanda yoldaşları Yuliya Ratkeviç (59 kq) və Nadejda Sementsova (67 kq) da Avropa çempionu adı qazanmışlar. Olesya Zamula (63 kq) isə bürünc medala sevinmişdir. Bu gün və sabah Avropa çempionatında ustalıqlarını nümayiş etdirmək növbəsi yunan-Roma üsulu ilə güləşənlərindir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında