Finişdə qızıl medal

Türkiyənin İstanbul şəhərində başa çatmış 23 yaşadək gənclər arasında sərbəst güləş üzrə Avropa çempionatının sonuncu günü Azərbaycan idmançıları üçün qızıl medalla əlamətdar olmuşdur.
Finala qədər Rusiya və Ermənistan idmançılarına qalib gələn təmsilçimiz Şamil Zubairov həlledici görüşdə gürcüstanlı rəqibindən də üstün hazırlıq nümayiş etdirərək 92 kq çəki dərəcəsində ən güclü olmuş və Avropa çempionu kimi fəxri kürsünün zirvəsinə yüksəlmişdir.
Bununla da azərbaycanlı “sərbəstlər” Avropa çempionatında çıxışlarını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurmuşlar. Şamilin uğuruna qədər Əfqan Xaşalov (57 kq), Ənvərbəy Dalqatov (65 kq) gümüş, Murad Süleymanov (79 kq) isə bürünc mükafatçı olmuşdular. 
Komanda hesabında Azərbaycan 27 ölkə arasında 5-ci nəticə göstərmişdir.
Oqtay BAYRAMOV, “Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında