Bakıda yüksək səviyyədə təşkil edilən BMX üzrə dünya çempionatına yekun vurulub

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatına iyunun 9-da yekun vurulub.
 
çempionatın sonuncu günündə gənclər və elit kateqoriyalarında qaliblər müəyyənləşib.
Gənc qızların mübarizəsində hollandiyalı İndi Şipers 38,038 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Gümüş medala isveçrəli Zoe Klassens, bürünc medala isə Kolumbiya idmançısı Qabriella Bolle Karrillo layiq görülüb.
Eyni kateqoriyada oğlanların yarışında birinci yeri 33,077 saniyə nəticə ilə fransalı Leo Qaroyan tutub. Kolumbiyalı Kamilo Xuan Ramirez Valensia çempionatı ikinci, çilili İqnasio Maurisio Molina Verqara üçüncü pillədə başa vurublar.
Elit kateqoriyada yarışan qadınlar arasında Hollandiya idmançıları ilk üç pillədə yer alıblar. Laura Smulders 35,69 saniyə göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Merel Smulders gümüş, Cudi Baau bürünc medala sahib olublar.
Kişilərin mübarizəsində isə fransalı velosipedçilər fəxri kürsünün ilk iki pilləsinə qalxıblar. Fotofinişə əsasən, 31,426 saniyə nəticə ilə Silven Andre birinci olub. Onun komanda yoldaşı Joris Dode ikinci pillədə qərarlaşıb. İlk üçlüyü Braziliya idmançısı Anderson Ezekel de Souza Filho tamamlayıb.
Çempionatın yekununda qaliblərin mükafatlandırılması mərasimi olub. 
İlk üç pillədə qərarlaşan idmançılara medal və üzərində çempionatın rəsmi talismanı olan Qafqaz bəbirinin əks olunduğu hədiyyələr, qalib idmançılara isə çempionluq köynəyi verilib. 
Mükafatları idmançılara Beynəlxalq Velosipedçilər İttifaqının vitse-prezidenti Renato Di Rokko, qurumun BMX komissiyasının sədri və İdarə Heyətinin üzvü Artur Lopes, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim ediblər.
Çempionatın bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb. 
Dünya çempionatında 43 ölkədən 1500-dən artıq velosipedçi iştirak edib.
Velosiped idmanının BMX növü üzrə növbəti dünya çempionatı 2019-cu ildə Belçikanın Heusden-Zolder şəhərində keçiriləcək.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında