“Minsk – 2019”-a bir il qalır

Xatirələrdə  parlaq  bir  idman bayramı kimi  yaşayan “Bakı – 2015” birinci  Avropa Oyunlarından  bizi  artıq üç illik  məsafə  ayırır.  Minskdə  qitəmizin ən yaxşı  atletlerinin II Oyunlarına  isə  cəmi  bir il qalır. Azərbaycan  paytaxtında  başlanmış  estafet  gələn il  Belarus  Respublikasının  baş şəhərində  davam etdiriləcəkdir.

Bu  günlərdə  İspaniyanın Qvadalaxara  şəhərində  keçirilmiş  bədii gimnastika  üzrə  Avropa  çempionatından sonra “Minsk – 2019”-da bu növ  üzrə  yarışların  bütün iştirakçıları  müəyyənləşmişdir. Xəbər  verdiyimiz  kimi,  Avropa  Oyunlarında Azərbaycanı Siyana  Vasilyeva, Aliyə Paşayeva, Ayşən  Bayramova, Diana Doman  və Zeynəb Hümmətovadan ibarət qrup  hərəkətləri komandası,  şəxsi  yarışlarda  isə Zöhrə Ağamirova  təmsil edəcəklər.

Minsk startlarında 50  ölkədən 4000-dən artıq atletin iştirakı  gözlənilir.  Yarışlar  iyunun 21-dən 30-dək  keçiriləcək.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında