BMX üzrə dünya çempionatının keçici bayrağı Belçikanın nümayəndəsinə təqdim olunub

İyunun 9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı çərçivəsində yarışın keçici bayrağı növbəti mundiala ev sahibliyi edəcək Belçika nümayəndəsinə təqdim olunub.
Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov keçici bayrağı Belçikada təşkil olunacaq dünya çempionatının təşkilatçısı Jef Simonsa təqdim edib.
Beynəlxalq Velosipedçilər İttifaqının BMX komissiyasının və İttifaqın idarə heyətinin üzvü Artur Lopes də mərasimə qatılıb.
Velosiped idmanının BMX növü üzrə növbəti dünya çempionatı 2019-cu ildə Belçikanın Heusden-Zolder şəhərində keçiriləcək.
AZƏRTAC
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında