Rauf Məmmədov liderlərlə bir sırada

Fransanın Eks-le-Ben şəhərində keçirilən Avropanın şəxsi çempionatında birgünlük istirahətdən sonra Azərbaycan şahmatçısı Rauf Məmmədov səkkizinci turda növbəti qələbəsini qazanmışdır. Qrossmeysterimiz bu dəfə qara fiqurlarla danimarkalı Yon Lüdviq Hammeri məğlubiyyətlə barışmağa məcbur edərək çempionatın altı liderindən biri olmuşdur.
Finişə üç tur qalmış Məmmədov, rusiyalılar Vladimir Potkin və Nikita Vityukov, Avstriya şahmatçısı Markus Ragger, Viorel İordanesku (Moldova) və rumın Mirça-Emilian Parliqrasın hərəyə 6,5 xalı vardır. Onlar turnir cədvəlində ən yaxın izləyicilərindən yarım addım irəlidədirlər.
Səkkizinci tur daha dörd təmsilçimiz üçün uğurlu olmuşdur. Namiq Quliyev Sergey Fyodorçuka (Ukrayna), Vasif Durarbəyli Vladislav Tkaçova (Fransa), Rüfət Bağırov Denis Kadriçə (Bosniya və Hersoqovina), Kənan İzzət Anastasios Pavlidisə (Yunanıstan) qalib gəlmişlər. Eltac Səfərli, Qədir Hüseynov və Nicat Məmmədov isə bu turda xal ehtiyatlarını artıra bilməmişlər.
Dünən axşam keçirilən doqquzuncu turda Rauf Məmmədov Markus Ragger ilə görüşmüşdür.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında