İdman xəbərləri. Azərbaycan qızıl medalların hesabını açdı

Avropanın ən güclü güləş ustaları bu günlər Almaniyanın Dortmund şəhərinin qonağıdırlar. Burada bir həftə ərzində onları qitə çempionatının medalları uğrunda çətin sınaqlar gözləyir.
Birinci olaraq mübarizəyə sərbəst üsulla güləşənlər qoşulmuşlar. Azərbaycan təmsilçiləri çempionatın elə start günü qızıl medalların hesabını açmışlar. Xetaq Qazyumov (96 kq) fəxri kürsünün zirvəsinə aparan yolda bütün rəqiblərinə, o cümlədən dörddəbir finalda erməni Edqar Yenokyana, finalda isə rusiyalı Vladislav Boytsayevə qalib gələrək öz çəkisində ən güclü olmuş və üçüncü dəfə Avropa çempionu adını qazanmışdır.
Həmin gün 74 kq çəki dərəcəsində çıxış edən Aqil Quliyev də medala yaxın olmuşdur. Ancaq güləşçimiz bürünc mükafat uğrunda görüşdə macarıstanlı rəqibinə uduzmuşdur. Toğrul Əsgərov (60 kq) isə elə startda məğlubiyyətə uğrayıb mübarizəni dayandırmışdır.
Dünən daha dörd təmsilçimiz Mahmud Məhəmmədov (55 kq), Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Maqomedov (120 kq) xalça üzərinə dəvət olunmuşlar.
Bu gün və sabah isə qadın güləşçilər ustalıqlarını nümayiş etdirəcəklər. Avropa çempionatına aprelin 2-3-də yunan-Roma üsulu ilə güləşənlərin görüşləri ilə yekun vurulacaqdır.
"Azərreyl" irəli çıxır
Avropa Voleybol Konfederasiyasının qadın komandaları arasında "Çelenc kuboku" turnirinin Azərbaycan finalının birinci görüşündən sonra Bakının "Azərreyl" klubu fəxri mükafatı qazanmağa daha yaxındır. "Sərhədçi" Olimpiya İdman Mərkəzində voleybol pərəstişkarlarının böyük maraqla izlədiyi oyunda Vüqar Əliyevin yetirmələri paytaxtımızın digər komandası "Lokomotiv" üzərində 3:1 hesabı ilə qələbə qazandılar (23:25, 25:20, 25:16, 25:22).
Finalın ikinci və həlledici görüşü aprelin 2-də keçiriləcəkdir. Görək bu oyundan sonra "Çelenc kuboku"nun böyük sevincini kim yaşayacaq - hələlik hesabda irəli olan Polina Rəhimova, Valeriya Korotenko və onların "Azərreyl"dəki rəfiqələri, yoxsa Yelena Parxomenko, Kseniya Kovalenka və bu voleybolçuların "Lokomotiv"dəki oyundaşları.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında