İstanbuldan qızıl medalla

İstanbulda keçirilən 23 yaşadək gənclər arasında yunan-Roma güləşi üzrə Avropa çempionatında Azərbaycan komandasının üzvü İslam Abbasov qələbələr seriyasını finalda da davam etdirmiş və 87 kq çəki dərəcəsində çempion olmuşdur.
Fəxri kürsünün zirvəsinə aparan yolda Rusiya, Bolqarıstan və Macarıstan idmançılarını məğlubiyyətə uğradan güləşçimiz finalda  xorvatiyalı rəqibi İvan Xuklekdən də üstün hazırlıq nümayiş etdirmiş (4:1) və qızıl medal sevinci yaşamışdır.
Yunan-Roma güləşçilərinin Avropa çempionatı dünən daha bir neçə çəki dərəcəsində görüşlərlə davam etdirilmişdir. İndi isə qadın güləşçilər və “sərbəstlər” ən güclüləri müəyyənləşdirəcəklər.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında