İdman xəbərləri .Azərbaycan yığması Brüsseldə

Futbol üzrə Avropa çempionatının seçmə yarışları çərçivəsində Azərbaycan yığmasının da daxil olduğu "A" qrupunda keçirilmiş növbəti iki oyundan sonra Almaniya komandası turnir cədvəlinin zirvəsində öz mövqeyini daha da möhkəmləndirmişdir. Qazaxıstan kollektivini 4:0 hesabı ilə məğlubiyyətə uğradaraq qələbələr seriyasını davam etdirən almanlar beş görüşdən sonra yüzfaizli nəticəyə malikdirlər - 15 xal.
Belçika futbolçuları da seçmə sınaqlarının 2011-ci il təqviminə uğurla başlamışlar. Rəqib meydanında Avstriya komandası üzərində iki cavabsız qolla qələbə (2:0) onlara xal ehtiyatlarını 7-yə çatdırmaq imkanı vermişdir.
Bu gün qrupda daha iki oyun keçiriləcəkdir. Azərbaycan futbolçuları Brüsseldə Belçika yığmasının qonağı olacaqlar. Bakı vaxtı ilə saat 23.45-də başlanacaq bu oyunu isveçli hakimlər briqadası idarə edəcəkdir. Daha bir görüşdə isə Türkiyə komandası Avstriya yığmasını sınağa çəkəcəkdir.
Bu oyunlar ərəfəsində Belçika kimi Avstriyaının da 7 xalı vardır, Türkiyə 6, Azərbaycan 3 xala malikdir. Qazaxıstan isə keçirdiyi beş görüşün hamısında uduzmuşdur.

{nl}

"Azərreyl", yoxsa "Lokomotiv"?

{nl}

Qadın komandaları arasında Avropa Voleybol Konfederasiyasının "Çelenc kuboku" turnirinin həlledici mərhələsi start ərəfəsindədir. Azərbaycanın idman ictimaiyyəti üçün çox fərəhli haldır ki, finalda Bakı klubları "Azərreyl" və "Lokomotiv" qarşılaşacaqlar. Deməli, həmyerli rəqiblərin görüşlərinin nəticələrindən asılı olmayaraq kubok bizim olacaq.
Final görüşləri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcəkdir. İlk oyun bu günə, cavab matçı isə aprelin 2-nə təyin edilmişdir. Hər iki görüş saat 18-də başlanacaq. Görək kubokun sevincini kim yaşayacaq - "Azərreyl", yoxsa "Lokomotiv".

{nl}

Şahmatçıların Avropa çempionatında

{nl}

Fransada keçirilən kişilər arasında şahmat üzrə Avropanın şəxsi çempionatında altı turdan sonra Azərbaycanın səkkiz təmsilçisi arasında ən yaxşı nəticəni Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli göstərmişlər. Qrossmeyterlərimiz 11 turdan ibarət çempionatın birinci yarısını hərəyə 4,5 xalla başa vurmuşlar.
Turnir cədvəlinə isə 5,5 xala malik Vladimir Potkin (Rusiya) başçılıq edir. Bir qrup iştirakçının 5 xalı vardır. Dünən axşam rəqiblər yeddinci turun görüşlərində qarşılaşmışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında