Vaşye-Laqravla heç-heçə

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən superturnirdə çıxışlarına fransız Maksim Vaşye-Laqrava qarşı görüşdə heç-heçə ilə başlamışdır.

Hikaru Nakamura (ABŞ)–Din Lijen (Çin), Uesli So (ABŞ)–Sergey Karyakin (Rusiya), Vişvanatan Anand (Hindistan)–Levon Aronyan (Ermənistan) görüşlərində də rəqiblər hərəyə yarım xal qazanmışlar. Təkcə dünya çempionu Maqnus Karlsen (Norveç) noyabrda Londonda tac uğrunda matçda onun rəqibi olacaq Fabiano Karuananı (ABŞ) məğlubiyyətə uğrada bilmişdir.

Bu gün keçiriləcək ikinci turda Məmmədyarov qara fiqurlarla Karyakinə qarşı oynayacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında