Dörd medal, üç lisenziya

Azərbaycan  idmançıları Afinada  başa  çatmış  idman  və döyüş sambosu üzrə  Avropa  çempionatında dörd  dəfə  fəxri  kürsüyə  yüksəlmişlər.

Mehman  Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emin Həsənov (68 kq) və  Nəbi  Məmmədov (100 kq) komandamıza  dörd bürünc medal qazandırmışlar.

Samboçularımız Yunanıstan  paytaxtında  uğurlu  çıxışları  ilə həm də II Avropa  Oyunlarına üç lisenziyanı özlərinə  təmin etmişlər. Minskdə  Avropa Oyunları 2019-cu  ilin  iyun  ayında  keçiriləcəkdir. Sambo  turnirinin (22 – 23 iyun) iştirakçıları 18 dəst  medal  uğrunda  mübarizə  aparacaqlar.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında