Dünya çempionatının azərbaycanlı qalibləri

Azərbaycan Müdafiə  Nazirliyi Mərkəzi Ordu  İdman Klubunun (MOİK)  nümayəndələri  Moskvada  keçirilmiş  hərbçilərin  güləş  üzrə 33-cü  dünya  çempionatında 2-si qızıl  olmaqla 11 medal  qazanmışlar.

Təmsilçilərimiz  ən  böyük  uğura  yunan-Roma üsulu ilə  güləşənlərin  turnirində  nail  olmuşlar – 1 qızıl, 2  gümüş, 2  bürünc  medal. Qızıl  medalın  sevincini 77 kq  çəki  dərəcəsində  çıxış  edən Həsən  Əliyev  yaşamışdır.

Daha  bir  güləşçimiz isə  çempion  zirvəsini  qadınların yarışında  fəth  etmişdir. Ceyla Nağızadə (65  kq)  bütün  rəqiblərindən  güclü  olmuşdur.  Güləşin  bu  növündə Sona  Tumarxanova (50 kq)  üçüncü  yeri tutmuşdur.

Azərbaycanın  sərbəst  üsulla  güləşənləri  isə çempionatı 1  gümüş  və 3  bürünc  mükafatla  başa  vurmuşlar.

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında