Qızıl Liqa həyəcanları başlayır

Avropanın ən  yüksək  reytinqli  qadın voleybol  komandaları  arasında Qızıl Liqa turnirinin  qrup mərhələsi start  ərəfəsindədir. Ukrtayna, Portuqaliya  və Bolqarıstan komandaları  ilə  birlikdə “A”  qrupuna  daxil  olan Azərbaycan millisi  artıq  bu  gün  ilk  oyununu  keçirəcək.

Yığmamız “Dərnəgül” Voleybol  Mərkəzində  Ukrayna  komandasını  qəbul edəcək. Bu  rəqiblər  arasında  ikinci  dövrə  matçı  iyunun 6-da Ukraynada oynanılacaq.

Azərbaycan – Portuqaliya  görüşləri  mayın 23-də və  iyunun 2-də  keçiriləcək,  bolqarlarla oyunlarımız  isə  mayın 26-na  və  30-na  təyin  edilmişdir.

Qrupun qalibi Avropa  Liqasının final  mərhələsində  iştirak  etmək  hüququ qazanacaq. Bu  mərhələnin  oyunları  iyunun ikinci  yarısında  Macarıstanın  paytaxtı  Budapeştdə  keçiriləcək.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında