"Azərreyl": finala doğru daha bir addım

Bakının "Azərreyl" klubu qadın komandaları arasında Avropa Voleybol Konfederasiyasının "Çelenc kuboku" turnirində finala doğru daha bir addım atmışdır. Özü də çox çətin və əzmkar qələbə sayəsində.
Rusiyanın "Uraloçka" (Yekaterinburq) klubu ilə "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən ilk yarımfinal görüşü əvvəldən axıradək gərgin mübarizə şəraitində davam etdi. Birinci və üçüncü hissələrdə müvafiq surətdə 25:22 və 25:21 hesabı ilə qalib gələn Azərbaycan paytaxtı voleybolçuları ikinci və dördüncü hissələrdə uduzdular - 22:25, 29:31.
Həlledici, beşinci hissədə işlər əvvəlcə yaxşı getmirdi. Tay-brekdə hesabda altı xal fərqlə geri qalarkən (1:7) oyunun gedişində dönüş yaratmaq özünüzün də yaxşı bildiyiniz kimi çox çətindir. Ancaq bizim qızlar bunu bacardılar. Lazımi anda möhkəm iradə və əsl qələbə əzmi nümayiş etdirən "Azərreyl" üstünlüyü ələ keçirib sonuncu hissənin taleyini öz xeyrinə həll etdi (15:13) və bununla da matçda 3:2 hesabı ilə layiqli qələbə qazandı.
İndi Bakı klubunu finaldan cəmi bir qələbə ayırır. "Azərreyl" martın 19-da Yekaterinburqda keçiriləcək cavab görüşündə də "Uraloçka"ya öz üstünlüyünü sübuta yeritə bilsə, Azərbaycana "Çelenc kuboku" turnirinin finalçısı kimi qayıdacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında