“Heydər Əliyev Kuboku”nu Azərbaycan qazandı

Sumqayıt Olimpiya İdman Kompleksində yeniyetmə boksçular arasında beynəlxalq “Heydər Əliyev Kuboku – 2018” turniri başa çatmışdır. Yarışda rinq sahiblərinin qonaqları Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Qırğızıstan idmançıları olmuşlar.

Ənənəvi turnirdə ən yaxşı nəticəni Azərbaycan boksçuları göstərmişlər. Onlar 17 medal – 5 qızıl, 5 gümüş və 7 bürünc mükafat qazanmışlar.

Azərbaycan bu göstərici ilə komanda hesabında birinci olmuşdur. Qazaxıstan nümayəndələri 16 medalla (5+5+6) ikinci yeri tutmuşlar. Ukrayna boksçuları 2 qızıl, 2 gümüş və 5 bürünc mükafatla turniri üçüncü pillədə başa vurmuşlar.

Yarışın təşkilatçıları ən yaxşı texnika nümayiş etdirmiş boksçunu da müəyyənləşdirmişlər. Bu, 60 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan komandasının üzvü Eldar Babayevdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında