İdman xəbərləri Azərbaycanlı məşqçilərin xeyrinə 3:0

Unibank Premyer Liqasının final mərhələsində medallar uğrunda mübarizə aparan ən güclü altı klubun rəqabətində ilk oyunlar azərbaycanlı məşqçilərin komandalarının xarici mütəxəssislərin başçılıq etdikləri klublar üzərində qələbələri ilə yadda qalacaq. Belə bir məqam da diqqəti cəlb edir ki, bu görüşlərdə qalib məşqçilər müxtəlif illərdə bir futbolçu kimi "Neftçi"nin şərəfini müvəffəqiyyətlə qorumuşlar.
Hesabat turunda Arif Əsədovun yetirmələrinin latviyalı Aleksandr Starkovun çalışdırdığı "Bakı" üzərində qələbəsi (1:0) "Neftçi"yə öz lider mövqeyini bir qədər də möhkəmləndirməyə imkan vermiş, AZAL (Nazim Süleymanov) - "Xəzər-Lənkəran" (rumın Mirça Rednik) qarşılaşmasında da 1:0 hesabı qeydə alınmış, Qurban Qurbanov isə "Qarabağ"ın "İnter" (gürcüstanlı Kaxaber Tsxadadze) ilə görüşdə müvəffəqiyyətinə sevinmişdir - 2:0.
Çempionatın 23-cü turuna təsadüf etmiş bu oyunlardan sonra "Neftçi"nin 51, "Xəzər-Lənkəran"ın 47, "Qarabağ"ın 45, "İnter"in 40, AZAL-ın 39, "Bakı"nın 33 xalı vardır.
Finişdə yekun cədvəlində 7-12-ci yerləri bölüşdürəcək digər altı komandanın görüşləri isə belə nəticələnmişdir: MOİK- "Qəbələ" - 1:1 "Simurq" - "Muğan" - 1:3, "Turan" - "Gəncə" - 1:0. Bu klublar arasında hələlik ən yaxşı nəticəyə malik "Qəbələ" 32 xal toplamışdır.
Növbəti turun görüşləri martın 18-19-da keçiriləcəkdir: "İnter" - "Bakı", "Qarabağ" - AZAL, "Xəzər-Lənkəran" - "Neftçi", "Turan" - MOİK, "Gəncə" - "Simurq", "Muğan" - "Qəbələ".

{nl}

Qələbə və məğlubiyyət
Azərbaycan şahmatçısı Vüqar Həşimov Monakoda 12 rəqibin iştirakı ilə keçirilən və ümumi mükafat fondu 227 min avro olan "gözübağlı" oyun və sürətli şahmat üzrə ənənəvi turnirin startında ukraynalı Vasili İvançuka hər iki görüşdə qalib gəldikdən sonra ertəsi gün Maqnus Karlsenlə (Norveç) qarşılaşmışdır. Bu dəfə hər iki görüşdə rəqib qələbə qazanmışdır.
İki turnirin ümumi nəticələrinə görə iki turdan sonra 3,5 xala malik Karlsen, erməni Levon Aronyan və rusiyalı Aleksandr Qrişuk irəlidədirlər. Dörd-beşinci yerləri bölüşdürən Vişvanatan Anand (Hindistan) ilə Boris Gelfandın (İsrail) 2,5 xalı vardır. Həşimov 2 xalla altıncı mövqedədir.
Dünən axşam keçirilən üçüncü turda Vüqar hollandiyalı Aniş Giri ilə görüşmüşdür. Şahmatçımız iki oyundan birində qalib gəlmiş, digərində isə heç-heçəyə razılaşmışdır.

{nl}

Hamburqdan bürünc medalla
Taekvondoçumuz Ramin Əzizov Hamburqda keçirilmiş Almaniyanın açıq çempionatında bürünc medal qazanmışdır.
Bu barədə azerisport-un yaydığı xəbərdə bildirilir ki, 80 kq çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı startda Pekin Olimpiadasının finalçısı, britaniyalı dünya çempionu Aaron Kuka qalib gəlmiş, sonra Belarus, Norveç və Özbəkistan təmsilçiləri üzərində qələbə qazanmış, ancaq yarımfinalda İran taekvondoçusuna məğlub olub üçüncü yeri tutmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında