Builki Azərbaycan Qran-Prisini 94 min tamaşaçı izləyib

Bakının üçüncü dəfə ev sahibliyi etdiyi  “Formula-1”  yarışının  həftəsonunu izləyən tamaşaçıların sayı  ötən illə müqayisədə 31% artıb. Bu barədə  Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) məlumat verib. Məlumata görə, “Formula-1” yarışında və həmçinin axşam konsertlərində ümumilikdə 94 min tamaşaçı iştirak edib.

“Formula-1”in ən sürətli şəhər halqasında baş tutmuş  ötən ilki yarışla müqayisədə bilet satışında isə 21% artım qeydə alınıb və  bu il satılmış biletlərin 77%-i yerli azarkeşlərin payına düşür.

“Formula-1”  Dünya Çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gəlmiş əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31% artıb.  Mövsümün gözlənilməzliklərlə və həyəcanverici anlarla dolu yarışını izləmək üçün 78 ölkədən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Ümumi bilet satışının təxminən dörddə biri əcnəbi tamaşaçıların payına düşür.

Bakı Şəhər Halqasında üçüncü dəfə baş tutmuş bu ilki  yarış azarkeşlərin etimadını doğrulda bilib. Belə ki, yarışı həm canlı, həm də bütün dünyada tele-yayım vasitəsilə izləyən milyonlarla tamaşaçı uzun müddət yaddaşlardan silinməyəcək mübarizənin şahidi olublar.

Yarışa qızğın mübarizəylə başlayan Force İndia komandasının pilotu Esteban Okon ilə Williams komandasının pilotu Sergey Sirotkinin elə birinci döngədəcə yarışı tərk etmələri, McLaren komandasının pilotu Fernando Alonsonun iki təkərlə mübarizəsi və Red Bull komandasının pilotları Daniel Rikkiardo ilə Maks Ferstappenin arasında gedən gərgin mübarizə və nəhayət qəza nəticəsində hər iki pilotun yarışı yarımçıq başa vurması “Formula-1”  azarkeşlərinə həyəcanlı anlar yaşadıb.

Təhlükəsizlik maşını “Haas”  komandasının pilotu Roman Qrojan üçün fəlakət olub. Etdiyi səhv ucbatından Romanın baryerlə toqquşmasından sonra yarışın davam etmsi bir az da ləngiyib.

Bundan başqa, yaşıl işıq yandıqdan sonra yarışın bitməsinə bir neçə dövrə qalmış birinci döngədə “Ferrari”  komandasının pilotu Sebastian Fettelin etdiyi manevr ona baha başa gəlib. Belə ki, dördqat dünya çempionu olan Sebastian Fettel “Mercedes” komandasının pilotu Luis Hamilton, yarışın lideri Valtteri Bottas, komanda yoldaşı Kimi Raykkonen və “Force İndia”  komandasının pilotu Serxio Perezdən geri qalıb.

Bottasın təkərinin qəfil partlaması isə Hamiltona qələbə, Raykkonenə ikincilik və Perezə Bakıda üçüncülük, o cümlədən 2 dəfə podium qazandırıb. Beləliklə, Bakıdakı sonuncu “Formula-1”  yarışı da ötən ilki yarış kimi uzun illər yaddaşlardan silinməyəcək.

Yarışdan əlavə, 2018  “Formula-1” Azərbaycan Qran-Prisi möhtəşəm Kristal Zalında dünya ulduzlarının iştirakı ilə baş tutan axşam konsertləri və əyləncə proqramı ilə də yadda qalıb. Cümə günü səhnəyə fank musiqisinin qabaqcıllarından olan “Jamiroquai”  qrupu çıxıb. Daha sonra əfsanəvi DJ Afrojack-in təqdimatında  əyləncə proqramı gecə saatlarınadək davam edib.

Şənbə günü dünya ulduzu Kristina Aqilera öz repertuarının ən sevilən mahnıları ilə gecəyə rəng qatıb. Daha sonra çıxış edən  DJ Axwell  Λ Ingrosso isə tamaşaçılara əyləncəli anlar yaşadıb. Qran-Prinin son günündə “Brit Awards” müsabiqəsinin ikiqat qalibi Dua Lipa və ardınca çıxış edən DJ Martin Solveig  yarış həvəskarlarına xoş əhval bəxş ediblər.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
February, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28

Hava haqqında