İdman xəbərləri Dünya kubokuna 10 iddiaçı

Martın 19-20-də Mahaçqalada keçiriləcək sərbəst güləş üzrə Dünya kuboku yarışında Azərbaycan yığması yeddi çəkidə doqquz iştirakçı ilə təmsil olunacaq. Turnirdə komandamızın şərəfini Namiq Sevdimzadə (55 kq), Zəlimxan Hüseynov (60 kq), Emin Əzizov (66 kq), Novruz Temrezov (84 kq), Əli İsayev (120 kq) və başqaları qoruyacaqlar.
Rusiya saytlarının yaydıqları xəbərlərə görə, Dağıstanda ilk dəfə təşkil edilən belə yüksək səviyyəli yarış Əli Əliyev adına İdman Sarayında keçiriləcəkdir. Mükafat fondu 150 min dollar olan turnirdə kubok uğrunda 10 komanda mübarizə aparacaq.

{nl}

Avropa çempionu Fransada müəyyənləşəcək

{nl}

Fransanın Eks-le-Ben şəhərində starta hazırlaşan kişilər arasında şahmat üzrə Avropanın 12-ci şəxsi çempionatı, hər şeydən göründüyü kimi, çox mötəbər olacaqdır. Çempionatın mükafatları uğrunda 400-ə qədər rəqib, o cümlədən 168 qrossmeyster mübarizə aparacaqdır. Onlardan 10 nəfərinin reytinqi 2700-dən yuxarıdır. Yarışın mükafat fondu 114 min avrodur. Turnirdə 1-23-cü yerləri tutan şahmatçılar Dünya kuboku yarışına vəsiqə qazanacaqlar.
Avropa çempionatında Azərbaycanı Rauf Məmmədov, bu günlərdə İranın Məşhəd şəhərində keçirilmiş ənənəvi "Fəcr" turnirində 11 mümkün xaldan hərəyə 8,5 xal toplayaraq qaliblərlə eyni nəticə göstərən və onlardan yalnız əlavə göstəricilərə görə geri qalan Qədir Hüseynov və Nicat Məmmədov, habelə Eltac Səfərli, Nicat Abbasov, Rüfət Bağırov, Vasif Durarbəyli, Namiq Quliyev və Kənan İzzət təmsil edəcəklər.
İsveçrə sistemi üzrə keçirilib 9 turdan ibarət olan turnirə martın 21-də start veriləcək, onun qalib və mükafatçıları isə aprelin 3-də məlum olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında