İstanbul "Rabitə"ni, Bakı isə "Uraloçka"nı gözləyir

Azərbaycan Superliqasının lideri və Avropa Çempionlar Liqasının yarımfinalçısı Bakının "Rabitə" kulubu "Dördlər finalı"na hazırlığı Fransanın Kann şəhərində davam etdirəcəkdir. Bu barədə azerisport-un yaydığı xəbərdə həmçinin bildirilir ki, voleybolçularımız həmin ölkədə təlim-məşq toplanışı zamanı yerli "Kann" klubu ilə martın 15-də yoldaşlıq görüşü keçirməyi də planlaşdırmışlar.
Biz isə öz növbəmizdə xatırladaq ki, Liqanın həlledici oyunları İstanbulda keçiriləcək və "Rabitə" martın 19-da yarımfinalda İtaliyanın "Skavolini" komandası ilə qarşılaşacaq.
Əgər bakılılar "İtaliya səddini" dəf etməyi bacarsalar, ertəsi gün voleybol aləmi Azərbaycan-Türkiyə finalının şahidi olacaq. Belə ki, martın 19-na təyin edilmiş digər yarımfinalda "Fənərbaxça" - "Bakifbank" görüşünün nəticəsindən asılı olmayaraq finalın iki iştirakçısından birinin qardaş ölkəni təmsil edəcəyi artıq heç kim üçün sirr deyil.
"Çelenc kuboku" yarışlarının yarımfinal görüşlərinin də tarixi dəqiq məlumdur. "Azərreyl" Rusiyanın "Uraloçka" (Yekaterinburq) komandası ilə ilk oyunu martın 15-də Bakıda keçircək, rəqib meydanında cavab matçı martın 19-da oynanılacaq.
Bakının "Lokomotiv" və "İqtisadçı" komandalarının görüşləri isə martın 16-na və 20-nə təyin edilmişdir. "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək bu oyunların qalibi finala vəsiqə qazanacaq. Final da iki görüşdən ibarət olacaq. Həlledici oyunlar martın axırında - aprelin əvvəlində baş tutacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında