"Prezident kuboku" reqatası

Bu gün Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində beynəlxalq "Prezident kuboku" reqatasına start veriləcəkdir. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin bu barədə yaydığı xəbərdə bildirilir ki, yarışda dörd ölkə - Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstanın 100-dən çox avarçəkəni mübarizə aparacaq.
Sayca dördüncü dəfə keçiriləcək Mingəçevir reqatasının təşkilatçıları Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyasıdır. Bu startları qarşıdakı məsul sınaqlara, o cümlədən dünya və Avropa çempionatlarına, London Olimpiadası - 2012-yə lisenziya xarakterli yarışlara hazırlığın bir mərhələsi də hesab etmək olar.

{nl}

Aprelin 27-də və mayın 4-də
Futbol üzrə Azərbaycan kuboku yarışlarının finalçıları aprelin 27-də və mayın 4-də keçiriləcək yarımfinal görüşlərindən sonra məlum olacaq. Finalın astanasında azarkeşləri "Xəzər-Lənkəran" - "Bakı" və "İnter" - AZAL görüşləri gözləyir.
Yarımfinalların qalibləri mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final görüşündə ölkə kubokunun sahibini müəyyənləşdirəcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında