Daha iki dörddəbir finalçı

İspaniyanın "Barselona" və Ukraynanın "Şaxtyor" komandalarından sonra daha iki klub "Tottenhem" (İngiltərə) və "Şalke-04" (Almaniya) da UEFA Çempionlar Liqası turnirinin dörddəbir finalına çıxmışlar.
Səkkizdəbir finalda iki oyunun yekununda ingilislər İtaliyanın "Milan" komandasını mübarizəni dayandırmağa məcbur etmiş (1:0, 0:0), almanlar isə İspaniyanın "Valensiya" klubundan güclü olmuşlar (1:1, 3:1).
Dörddəbir final mərhələsinin püşkü martın 18-də İsveçrənin Nyön şəhərində atılacaqdır.

{nl}

Həşimov, Anand, Karlsen...
Monte-Karloda ənənəvi "Amber" turniri start ərəfəsindədir. Sayca 20-ci dəfə təşkil olunan bu yarışın iştirakçıları bir-birlərinə qarşı iki görüş oynayacaqlar - birini taxtaya baxmadan, digərini isə sürətli şahmat üzrə. Turnirin ümumi mükafat fondu 227 min avrodur.
Təşkilatçıların dəvət etdikləri 12 məşhur qrossmeyster arasında Azərbaycan şahmatçısı Vüqar Həşimov da vardır. Həmyerlimizi qarşıda Vişvanatan Anand (Hindistan), Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), rusiyalılar Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Qrişuk, ukraynalı Vasili İvançuk, bolqar Veselin Topalov, Hikaru Nakamura (ABŞ), Boris Gelfand (İsrail) və Aniş Giri (Hollandiya) ilə görüşlər gözləyir.
Turnir martın 24-də finişə çatacaq. Yarış ərzində qrossmeysterlərə iki istirahət günü veriləcəkdir (martın 16-da və 21-də). Birinci turun görüşləri sabah oynanılacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında