Jose Perurena: "Azərbaycan kanoeçilər Avropa və dünya çempionatlarında qızıl medallar qazanmışlar, gələcəkdə bu, sizin də belə nüfuzlu yarışlar təşkil etməyinizə imkan yaradacaq"

Martın 10-da Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (İSF) prezidenti Jose Perurena, qurumun eksperti Çaba Santo, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds, Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov təmsil etdikləri qurumlar adından ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyduqdan sonra jurnalistlər üçün brifinq keçirmişlər.
İSF prezidenti Xose Perurena Lopes jurnalistlərə açıqlamasında demişdir: "Bu, mənim Azərbaycana ilk səfərimdir. Çox mütəəssir oldum. Çox gözəl şəhəriniz var. Dünən Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də gənclər və idman naziri Azad Rəhimovla görüşümüz olmuşdur. Görüşlər çox gözəl keçdi".
Qonaq əlavə etmişdir: "Bilirəm ki, son illər Azərbaycanda çox gözəl idman mərkəzləri inşa edilmişdir. Bunlardan biri də Mingəçevirdəki "Kür" Olimpiya Tədris İdman Mərkəzidir. Günortadan sonra oranı ziyarət edəcəyik. Bildiyimə görə, Mingəçevirdəki avarçəkmə mərkəzi çox gözəl və yüksək səviyyədə hazırlanmış idman qurğusudur. Nəzərə alsaq ki, kanoeçiləriniz Avropa və dünya çempionatlarında qızıl medal qazanmışlar, gələcəkdə bu, sizin də belə nüfuzlu yarışlar təşkil etməyinizə imkan yaradacaqdır".
ECA prezidenti Albert Vuds isə müsahibəsində demişdir: "Bu, mənim də Azərbaycana ilk səfərimdir. Ölkənizin rəsmiləri ilə görüşlərim oldu. Bu görüşlərdən çox məmnunam. Mən belə bir məlumat aldım ki, son zamanlar Azərbaycanda 29 idman kompleksi istifadəyə verilmişdir. Bu da çox yüksək göstəricidir. Biz Mingəçevirdə Beynəlxalq "Prezident Kuboku" reqatasında iştirak edəcəyik. Mənim Perurena ilə birgə burada olmağımızın məqsədi Azərbaycana Avropa və dünya çempionatlarını təşkil etməkdə kömək göstərməkdir".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında