İlk qələbəni kim qazanacaq?

Şəmkirdə Vüqar  Həşimovun  xatirəsinə  həsr  edilmiş superturnirin start  turunda  olduğu  kimi,  ikinci  raund “döyüşlərində” də  bir  qələbə  belə qeydə  alınmamışdır.

Teymur Rəcəbov  Rauf Məmmədovla,  Radoslav Voytaşek (Polşa) Şəhriyar Məmmədyarovla, Maqnus Karlsen (Norveç) David Navara (Çexiya)  ilə, Sergey Karyakin (Rusiya) Din Lijenlə (Çin)  və Veselin Topalov (Bolqarıstan) Aniş Giri (Hollandiya) ilə heç-heçəyə  razılaşmışlar.

Təbii ki,  belə  bir  vəziyyətdə bütün on qrossmeysterin  hərəyə 1 xalı var. İndi  hamını bir  məsələ  çox  maraqlandırır: Şəmkir – 2018-də qələbələrin  hesabını kim açacaq?

Ola  bilsin, bu  suala bu  gün  cavab alaq. Üçüncü  turda Məmmədyarov  və  Məmmədov  ağ  fiqurlarla  müvafiq surətdə Karyakin və  Karlsenə, Rəcəbov  qaralarla Giriyə qarşı  oynayacaqlar,  həmçinin  Lijen – Topalov və  Navara – Voytaşek  görüşləri  keçiriləcəkdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında