Bakıda İƏT-ə üzv ölkələrin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilir

Aprelin 18-də Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilir.

tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İƏT, Dialoq və Əməkdaşlıq üzrə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) birgə təşkilatçılığı ilə baş tutub.

Sessiya müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Konfransın sədri, Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak ölkəsinin quruma sədrliyi dövründə görülən işlərdən danışıb. O, İƏT Gənclər və İdman Nazirləri Konfransına növbəti iki il üçün sədrliyin Azərbaycana keçdiyini elan edib.

Azərbaycanın gənclər və idman naziri səlahiyyətlərini icra edən Azad Rəhimov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu sahədə prioritet hədəf və istiqamətlər, İƏT arealında gənclər siyasətinin gələcəyi ilə bağlı Azərbaycanın baxışını açıqlayıb. A.Rəhimov bildirib ki, Azərbaycan İƏT Gənclər və İdman Nazirləri Konfransına rəhbərlik edəcəyi iki il ərzində İƏT arealında gənclər siyasəti ilə bağlı mühüm yeniliklərə nail olunmasına çalışacaq.

Tədbirdə İHİF-in prezidenti Turki bin Əbdülmöhsen Əş-Şeyx, İƏT Gənclər Forumunun sədri Elşad İsgəndərov, İƏT-in baş katibi Yusif Əl-Useymin çıxış edərək Konfransa sədrliyə başlaması münasibətilə Azərbaycana təbriklərini çatdırıb, uğurlar diləyiblər.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Konfrans iştirakçılarına təbrik məktubunu oxuyub (Məktub qəzetin bugünkü nömrəsində dərc olunub).

İki gün davam edəcək sessiyada İƏT gənclər strategiyası, gənclər fəaliyyəti və idman üzrə qətnamələrin, konfransın yekun məruzəsinin, nazirlər görüşünün növbəti - 5-ci sessiyasının tarixinin və yerinin müəyyənləşdirilməsi ilə bağlı qərarların, eləcə də Bakı Bəyannaməsinin müzakirə olunaraq qəbul edilməsi nəzərdə tutulur.

İclasda İƏT-ə üzv olan 40-dan çox ölkənin gənclər və idman məsələləri üzrə nazirləri, agentlik və komitələrin sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, İƏT Gənclər və İdman Nazirləri Konfransının 2016-cı ilin oktyabrında İstanbulda keçirilən üçüncü sessiyasında növbəti nazirlər toplantısının Bakıda keçirilməsi haqda qərar qəbul olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında