İdman xəbərləri Yarımfinallarda kimi görəcəyik?

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının dörd yarımfinalçısından üçü məlum olacaq. "Xəzər-Lənkəran" - "Neftçi" görüşü həmişəkindən də böyük maraqla gözlənilir. Bakıda qollarla zəngin olub Lənkəran klubunun qələbəsi ilə başa çatan (4:3) dörddəbir finalın birinci oyunundan sonra azarkeşlər bu rəqiblərin ifasında cavab matçından da böyük zövq almağa hazırlaşırlar.
"Bakı" - "Qəbələ" qarşılaşması da gərgin mübarizə vəd edir. Qəbələdə ilk oyunda hesab açılmamışdır. Görək paytaxtda hadisələr necə cərəyan edəcək, hakimin final işarəsindən sonra kimin üzü güləcək. Bəs beş gün əvvəl birinci divizionun lideri "Abşeron"a kiçik fərqlə qalib gələn (1:0) "İnter" cavab görüşündə bu üstünlüyü qoruyub saxlaya biləcəkmi?
Dördüncü yarımfinalçı isə sabah Tovuzda müəyyənləşəcək. Bakıda "Turan"ı iki cavabsız qolla məğlubiyyətə uğradan (2:0) AZAL adətən "doğma divarlar" arasında özünü daha inamlı hiss edən rəqibin meydanında ciddi müqavimətlə üzləşə bilər.

{nl}

3 qızıl və 1 bürünc medal
Azərbaycanın qadınlardan ibarət yığma komandasının güləşçiləri İsveçdə başa çatmış beynəlxalq turnirdə qaliblərin mükafatlandırılması mərasimində dörd dəfə fəxri kürsüyə dəvət olunmuşlar. Xüsusilə fərəhlidir ki, təmsilçilərimizin qazandıqları mükafatlardan üçü qızıl medaldır.
Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (59 kq) və Nadejda Sementsova (67 kq) bütün rəqiblərindən güclü olub birinci yeri tutmuşlar. Patimat Baqomedova (48 kq) isə bürünc mükafatçı olmuşdur.

{nl}

"Fəcr" turniri finişdə
Şahmat üzrə Azərbaycan çempionu Nicat Məmmədov İranın Məşhəd şəhərində keçirilən ənənəvi beynəlxalq "Fəcr" turnirinin başa çatmasına bir tur qalmış yarışın qalibi olmaq üçün yaxşı imkana malikdir. On turdan sonra o, eləcə də Sergey Tivyakov (Hollandiya), Yevgeni Qleyzerov (Rusiya), Rüstəm Qasımcanov (Özbəkistan) və Merab Çaqunaşvili (Gürcüstan) hərəyə 8 xal toplayaraq ilk beş yeri bölüşdürürlər.
Bu turnirdəki digər təmsilçilərimiz Qədir Hüseynovun 7,5, Loğman Quliyevin isə 7 xalı var. Mükafatların taleyi dünən keçirilən sonuncu, 11-ci turda həll olunmalı idi.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında