Karyakin Şvarseneggerə xüsusi şahmat hədiyyə edib

 Rusiyalı qrossmeyster Sergey Karyakin dünya şahmat tacı uğrunda matçın təşkilatçıları ilə birlikdə ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru, aktyor Arnold Şvarseneggerə çempionatda istifadə ediləcək analoji şahmat dəstini hədiyyə edib.

"Report" az saytı xəbər verir ki, bununla bağlı görüntülər şahmat üzrə dünya çempionatının "Instagram" səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Arnold Şvarsenegger ürəyindəki problemlər səbəbindən Los-Ancelesdə əməliyyat edilib.

"Biz gördük ki, Şvarsenegger əməliyyatdan sonrakı bərpa zamanı şahmat oynayır və ona çempionat matçının rəsmi dəstini göndəririk. Tezliklə sağalın və matçı izləmək üçün Londona gəlin", - deyə videogörüntüdə bildirilir.

Şahmat üzrə dünya çempionatı norveçli Maqnus Karlsonla ABŞ-dan olan Fabiano Karuana arasında noyabrın 9-dan 28-dək Londonda keçiriləcək. Karyakin 2016-cı ildəki dünya tacı uğrunda matçda Karlsenə məğlub olub.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti” 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında