Avropa çempionatında 1 qızıl və 1 gümüş medal

Azərbaycan idmançıları üç gün ərzində Milli Gimnastika Arenasında yüksək səviyyədə təşkil edilib iştirakçılara və tamaşaçılara xoş təsir bağışlayan batut üzərində tullanışlar və tamblinq üzrə 26-cı Avropa çempionatında ölkəmizə 1 qızıl və 1 gümüş medal qazandırmışlar.

Tamblinq yarışında Mixail Malkin bütün rəqiblərindən daha inamla çıxış edərək Avropa çempionu kimi fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmişdir.

Təmsilçilərimiz gümüş medala isə qadınların batut üzərində sinxron yarışlarında sahib olmuşlar. Yaxşı hazırlıq nümayiş etdirən Veronika Zemlyanaya–Svetlana Makştarova dueti gərgin mübarizədə ikinci nəticə göstərmişdir.

İyirmi beş ölkədən 400-dən çox gimnastın iştirak etdiyi Avropa çempionatı Azərbaycan idmanı tarixində növbəti mötəbər hadisə idi. İdmançılarımızın qazandıqları medallar isə bu hadisəyə layiqli töhfə oldu.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında