Balaca Nihadın şahmat uğurları

Moskvadakı 1104 nömrəli məktəbin birinci sinif şagirdi həmvətənimiz Nihad Gözəlov öz yaşıdları və hətta yuxarı sinif şagirdləri arasında keçirilən şahmat yarışlarında sanballı uğurlar qazanır. Nihad oxuduğu məktəbdə və yaşadığı inzibati dairədə keçirilən şahmat turnirlərində asanlıqla qalib gəlir. Təkcə bu il o, təhsil aldığı məktəbin I-VI sinif şagirdləri arasında keçirilən şahmat turnirində rəqiblərinin əksəriyyətini məğlub edərək birinci yeri tutmuş, sonra isə Cənub-Şərq inzibati dairəsinə daxil olan məktəblərarası turnirdə ən çox xal toplamışdır. Nihad Gözəlov bu uğurlarına görə fəxri fərmana layiq görülmüş, ona üzərində şahmat üzrə dünya çempionu Anatoli Karpovun avtoqrafı olan kitab hədiyyə olunmuşdur.
Nihadın müəllimləri və şahmat üzrə ekspertlər balaca həmvətənimizin analitik təfəkkürünü və riyazi qabiliyyətini yüksək qiymətləndirir, onu "şahmat üzrə gələcək çempion" adlandırırlar. Rayon şahmat məktəblərinin rəhbərləri Nihadı həmin məktəblərdə oxumağa və gələcəkdə daha ciddi turnirlərə hazırlaşmağa dəvət edirlər. Nihad dərslərinin də öhdəsindən bacarıqla gəlir və bütün fənlər üzrə əlaçı olacağını vəd edir.
Qeyd etmək lazımdır ki, Nihadın şahmata bu cür maraq göstərməsində valideynlərinin - filosof olan atası, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü Arif Gözəlovun və ixtisasca hüquqşünas olan anası, Rusiya Elmlər Akademiyası Dövlət və Hüquq İnstitutunun stajçısı Kamilə Gözəlovanın da rolu az olmamışdır. İndi Nihad öz kiçik bacısı Əzizəyə də şahmat oynamağı öyrədir.
Maraqlıdır ki, Nihadın valideynləri ona bu adı məşhur türk futbolçusu Nihad Qəhvəçinin şərəfinə vermişlər. O vaxt Türkiyə KİV-lərində dəfələrlə qeyd edilmişdi ki, azərbaycanlı oğlana türkiyəli futbolçunun adı verilmişdir. Bunu Qəhvəçi özü də bilir. O, müsahibələrinin birində efirdə bu barədə söhbət açmış və azərbaycanlı adaşına salam göndərmişdir.

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında